25 iyun 2020 11:42
274

Müğənni koronavirusdan öldü

Tanınmış müğənni Faiq Tapdıqoğlu (Ağbabalı) vəfat edib. “İi sahil” Publika.az-a istinadla xəbər verir ki, bir müddət əvvəl koronavirusa yoluxan sənətçinin həyatını xilas etmək mümkün olmayıb. Qeyd edilir ki, Faiq Tapdıqoğlu “Ağbaba” qrupunda fəaliyyət göstərib. O, Qərbi Azərbaycan folklorunun qorunub-saxlanılmasında xidmətləri olan müğənni, həmçinin, el şənliklərinin mahir aparıcısı kimi tanınıb.