18 may 2020 15:06
351

Mustafa Cengiz yenidən əməliyyata götürülüb

Türkiyənin futbol klubu olan “Qalatasaray”ın prezidenti Mustafa Cengiz yenidən xəstəxanaya yerləşdirilib.

"İki sahil" Türkiyə klubunun rəsmi internet saytına istinadən bildirir ki, klub rəhbəri növbəti dəfə əməliyyata götürülüb.

Bir neçə gün əvvəl beyin şişinə görə 10 saatlıq əməliyyat keçirən və ötən həftə evə buraxılan Cengizdə bu dəfə mədə qanaması baş verib. Bu üzdən “cim-bom”un prezidenti bu gün təcili əməliyyata götürülüb.

Xəbəri eşidən kimi xəstəxanaya yollananlar arasında klubun rəqiblərindən olan “Fənərbaxça”nın prezidenti Ali Koç da olub.