09 yanvar 2020 16:15
567

Mustafa Dənizli: Azərbaycan öz məmləkətimiz kimidir

“Hələ püşkatma günü Türkiyədə futbol ictimaiyyəti sərfəli qrupa düşdüyümüzü düşünürdü. Milllimiz düzgün yoldadır, Şenol Günəşlə birlikdə əla atmosfer yaranıb”.

"İki sahil" xəbər verir ki, bu sözləri Türkiyə millisinin sabiq çalışdırıcısı Mustafa Dənizli yığmanın “Avro-2020”dəki şanslarını dəyərləndirərkən deyib. Ölkəsinin mətbuatına danışan 71 yaşlı mütəxəssis komandanın qrupdan çıxıb, irəliləyəcəyini düşünür: “Bir çox turnirlərə qatılmışıq. Amma son 20-25 ili ən uğurlu dövr kimi göstərmək olar. Qrupdakı rəqiblərimizdən biri İsveçrədir. Bu komanda adətən tam isveçrəlilərdən qurulan kollektiv olmur. Lakin İtaliya çox güclüdür. Nəzərə alsaq ki, ilk oyunumuzu onlara qarşı keçirəcəyik, uğursuz başlayıb, uğurlu bitirmək ehtimalımız var. Azərbaycan bizim öz məmləkətimiz kimidir. Məncə, bu baxımdan turnirə İtaliyada başlamaq üstünlükdür. Yığmamıza güvənirik. Dünya çempionundan 4 xal almışıq. Bu cür çıxışla hara qədər gedə biləcəyimizi siz düşünün”.