23 oktyabr 2020 16:24
890

Mustafa Eröğüt: "Qarabağ"ı burada qonaq etməkdən qürur duyacağıq

"Dünən klubun binasında gələndə baş direktorumuz Mustafa Eröğüt mənə dedi ki, UEFA Avropa Liqasında mübarizə aparan Azərbaycanın "Qarabağ" komandasına evdə oyun keçirməyə icazə vermir, onlara fərqli ölkələrdə oynamaq variantı təklif olunub".

"İki sahil" "Report"a istinadən xəbər verir ki, bu fikirləri Türkiyənin "Başakşehir" klubunun prezidenti Göksel Gümüşdağ "Anadolu Ajans"ına müsahibəsində "Qarabağ"ın I qrupunun II turunda İspaniya "Vilyarreal"ı ilə oyununun İstanbul şəhərindəki "Başakşehir Fatih Terim" stadionuna salınması barədə danışarkən deyib.

O bildirib ki, variantlar arasında Türkiyə də olub: "Qarabağ" tərəfi da UEFA və "Başakşehir" klubu icazə verərsə, burada oynamaq istədiyini bildirib. Mən də baş direktorumuza dedim ki, Azərbaycan və "Qarabağ"lı can qardaşlarımızın hamısını burada qonaq etməkdən qürur və xoşbəxtlik duyacağıq".