17 mart 2020 13:26
518

Mütəxəssislər “ASK Şəki Şərab” MMC-də olublar

İri şərab distributor və dillerlərinin mütəxəssislərdən ibarət nümayəndə heyəti Şəki rayonuna səfər ediblər.

"İki sahil" xəbər verir ki, nümayəndə heyəti “Azərbaycan Sənaye Korporasiyası” ASC-nin törəmə müəssisəsi olan “ASK Şəki Şərab” MMC-də fəaliyyət göstərən istehsal sahələri, işçi heyəti ilə yaxından tanış olublar.

Tərəflər gələcəkdə qarşılıqlı əməkdaşlıqlar üçün birgə tədbirlərin reallaşdırılması məqsədi ilə müzakirələr aparıb, müvafiq təkliflər irəli sürüblər. Müzakirələrin əsasını  “ASK Şəki Şərab” MMC-yə məxsus şərab məhsullarının  istehsalının və satışının təkmilləşdirilməsi, keyfiyyətin yüksəldilməsi, həmçinin şərabçılıq sahəsində beynəlxalq əlaqələrin genişləndirilməsi təşkil edib.