12 iyul 2019 15:18
270

Muxtar Babayev Gəncədə vətəndaşları qəbul edəcək

Prezident İlham Əliyevin vətəndaşların təklif, irad və şikayətləri ilə yerində tanış olmaq üçün mərkəzi icra hakimiyyəti orqanlarının rəhbərlərinə verdiyi tapşırıq və tövsiyələrə uyğun olaraq Ekologiya və Təbii Sərvətlər naziri Muxtar Babayev 26 iyul 2019-cu il tarixində saat 10:00-da Gəncə şəhərində yerləşən Heydər Əliyev Mərkəzində Göygöl, Samux rayonlarından və Gəncə şəhərindən olan vətəndaşları qəbul edəcək.

26 iyul 2019-cu il tarixində, həmçinin Ekologiya və Təbii Sərvətlər nazirinin müavini Firdovsi Əliyev Gədəbəy rayonunda, nazir müavini Rauf Hacıyev isə Daşkəsən rayonunda vətəndaşlarla görüşəcək.

Vətəndaşların qəbulu Gədəbəy rayonunda Gədəbəy meşəbəyliyinin inzibati binasında (ünvan: Gədəbəy rayonu, Xəlil Haqverdiyev 40), Daşkəsən rayonunda isə Yeni Azərbaycan Partiyasının inzibati binasında (ünvan: Daşkəsən şəhəri, Heydər Əliyev meydanı 4) saat 10:00-da keçiriləcək.

Qəbula gəlmək istəyən vətəndaşlardan qeydiyyatdan keçmək üçün [email protected][email protected] elektron poçt ünvanları, Nazirliyin 168 saylı “Qaynar xətt”i, həmçinin 10 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi (ünvan: Gəncə şəhəri, Zeynalabdin Tağıyev 58) ilə əlaqə saxlamaları (əlaqə telefonları: 022-25-3-04-48, 050-310-89-90, 050-366-05-04) xahiş olunur.