10 avqust 2019 21:11
299

Myanmada torpaq sürüşməsi nəticəsində 34 nəfər ölüb

Myanmada leysan yağışlarından sonra baş vermiş torpaq sürüşməsi nəticəsində 34 nəfər ölüb. AZƏRTAC Reuters agentliyinə istinadla xəbər verir ki, xilasedicilər itkin düşmüş digər insanların axtarışını davam etdirirlər.

Myanma rəsmiləri bildirirlər ki, təbii fəlakətin yaşandığı Mon əyalətinin Ye Pyar Kone qəsəbəsində ən azı 80 nəfər itkin düşüb. Xilasedicilər ekskavatorlarla palçığın altında qalmış insan cəsədlərini çıxarırlar. Buradakı məşhur Çayrtoya (Qızıl dağ) buddist paqodasının da torpağın altında qaldığı bildirilir.