07 yanvar 2021 19:09
584

Nadir tapılan qızıl əşyaların  inanılmaz qiymətləri

Qızıl Grillz dişləri

Grillz dişləri 1980-ci illərin əvvəlindən bir çox rep və hip-hop musiqiçiləri tərəfindən istifadə olunmağa başladı. Bir vaxtlar musiqi aləmində zənginliyin  və yüksək statusun simvoluna çevrilən qızıl Grillz dişlərinin qiyməti 400 dollar idi.

Qızıl tabut

24 karatlıq qızıl tabutda dəfn edilmək də məşhurlar tərəfindən bir dəbə çevrilmişdi. Bu tip tabutlar son texnologiyalar ilə hazırlanaraq, 24 karatlıq qızıl tozu ilə örtülürdü. Təəccüblüdür ki, onun qiyməti yalnız 24. 000 dollar idi.

Qızıl günəş eynəyi

Məşhurlar tərəfindən sifariş edilən qızıl eynəyin qiyməti 75.00 min dollardır. 40 saat ərzində hazırlanan bu dəyərli aksessuar Beyonsun, Cennifer Lopezin və digər məşhurların kolleksiyasında mövcuddur. Qeyd etmək lazımdır ki, İsveçrənin “Silhouette” şirkətidə modern üslubda “Atelier Collection” optik linzalı eynək kolleksiyasını satışa çıxarıb. Bu eynəklərin hazırlanmasında çəhrayı, sarı və ağ qızıl və müxtəlif qiymətli daşlardan istifadə olunub. Ən ucuz eynəyin qiyməti 13 min dollardır. Həmin şirkətin yaratdığı “Art de Fleurs” qadın eynəyi isə 72 brilyant və yaqut daşlar ilə bəzədilib. Bəzən yaqutlar mavi və ya çəhrayı sapfirlə əvəz edilə bilər.

Keçən ilin iyununda “Damiani” şirkəti də “Mimosa” gün eynəyi kolleksiyasını qızıl və brilyant sağanaqlı eynəklərlə tamamlamışdı. Kolleksiyaya üç model daxil idi.

Qızıl qril-barbekü

Dəbdəbəli həyatı sevən insanlar üçün ABŞ-da qızıldan olan qril-barbekü etmək üçün cihaz satışa çıxarılıb. Qeyd etmək lazımdır ki, bu dəyərli cihazın qiyməti təxminən 111. 000 dollardır.

Qızıl köynək

Bəzi insanlar gözəl maşınlar və ya bahalı evlər seçərkən qızılı çox sevən hindistanlı milyonçu Datta Phuge özünə qızıldan köynək sifariş etmişdi. 3.175 qram çəkisi olan həmin köynəyin qiyməti 250.000 dollardır.

Kraliça Elizabetin qızıl sikkəsi

Məşhur Kanada zərgərləri tərəfindən hazırlanan qızıl sikkənin üstündə Kraliça Elizabetin şəkili həkk olunmuşdur. 100 kiloqram çəkisi olan bu sikkənin qiyməti 1 milyon dollardı. Dünyanın ən böyük qızıl sikkəsi kimi tarixə düşən bu nadir əşyadan cəmi 5 ədəd hazırlanıb.

Bugatti Veyron Diamond oyuncaq avtomobil

Məşhur  “Bugatti” brendi maraqlı bir oyuncaq hazırlayıb. 2 ay ərzində hazırlanan və  təmiz qızıldan olan Bugatti Veyron Diamond oyuncaq avtomobil artıq satışa çıxarılıb. Həmin brend oyuncağın qiyməti  təxminən 2.9 milyon dollardır.

Cüt  qartal qızıl sikkəsi

Görünüşü ilə adi qəpiyə bənzər bu 20 dollarlıq sikkə 1933-cü ildə hazırlanmışdı. Həmin ildə  445.500 min bu sikkələrdən hazırlansa da, nədənsə  dövriyyəyə buraxılmadı . 1937-ci ildə Cüt qartal sikkələrinin əksəriyyəti məhv edildi. Demək olar ki, buraxılan 500 minə yaxın qızıl sikkələrdən cəmi 13 ədəd qaldı. Son illər ərzində keçirilən auksionlarda satılan qədim sikkələrin qiyməti təxminən 10 milyon dollardır.

Qızıl iPhone 5

Dünyanın ən bahalı smartfonları arasında 1-ci yerə sahib olan qızıldan iPhone 5-in qiyməti 15 milyon dollardır. Mürəkkəb dizayna sahib olan bu əzəmətli cihazın mərkəzi hissəsi qara brilliantlar ilə bəzədilib.

Samirə Tağıyeva,“İki sahil”