17 yanvar 2020 12:52
1003

Namizədlərin sayı 1623 nəfərə çatıb

Milli Məclisə fevralın 9-na təyin olunan seçkilərlə əlaqədar müraciət edən 2431 nəfərdən 1623-ün deputatlığa namizədliyi qeydə alınıb. 

Secki-2020.az saytının Mərkəzi Seçki Komissiyasının (MSK) saytına istinadən verdiyi məlumata görə, Milli Məclisə seçkilərlə əlaqədar müraciət edən 2431 nəfərdən 2358 nəfərinin namizədliyinin irəli sürülməsi təsdiqlənib, onlardan 2247 nəfəri imza vərəqələrini götürüb, 1774 nəfəri imza vərəqələrini qaytarıb. Beləliklə, artıq imza vərəqələrini qaytaranların 90 faizindən çoxunun namizədliyi qeydə alınıb.

Bu gündən deputatlığa namizədlərin təşviqat kampaniyasına start verilib.