20 may 2020 11:04
239

Narazı qalan şagirdlər üçün yeni qaydalar hazırlanır

İllik qiymətləndirmə nəticəsindən narazı qalan şagirdlərin biliyinin qiymətləndirilməsi ilə bağlı yeni qaydalar hazırlanır.

Bunu "İki sahil"ə Təhsil Nazirliyinin Ümumi və məktəbəqədər təhsil şöbəsinin müdirinin müavini Orxan Abbasov deyib. Onun sözlərinə görə, qaydaların yaxın 10 gün ərzində təsdiqlənərək ictimaiyyətə açıqlanacağı gözlənilir: “Bu qaydalarda bütün məsələlərlə bağlı suallara cavab tapılacaq. Amma bizim indi bu qiymətləndirmənin hansı formada aparılacağı ilə bağlı fikir yürütməyimiz düzgün olmaz”.

Qeyd edək ki, bu il ümumtəhsil müəssisələrində ikinci yarımil üzrə heç bir kiçik və ya böyük summativ qiymətləndirmənin aparılması planlaşdırılmır. Şagirdlərin illik qiymətləri birinci yarımilin qiymətləri əsasında çıxarılacaq. Bu qiymətlərdən narazı qalan şagirdlər üçün növbəti tədris ilinin başlanması ərəfəsində təhsil müəssisəsi tərəfindən təkrar qiymətləndirmə təşkil ediləcək.