10 oktyabr 2019 20:52
102

Nardaran qəsəbə sakinindən tüfəng götürülüb

Daxili işlər orqanlarının əməkdaşları tərəfindən qanunsuz saxlanılan odlu silah-sursatın aşkar edilməsi məqsədilə növbəti əməliyyat tədbiri həyata keçirilib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən bildiriblər ki, Sabunçu Rayon Polis İdarəsinin 42-ci polis bölməsi əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Nardaran qəsəbə sakini A.Əzimzadədən “Çifsan” markalı tüfəng aşkar edilərək götürülüb.

Şabran Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən isə qanunsuz ovla məşğul olan şəhər sakini Ə.Qasımovdan “MR-43” markalı tüfəng götürülüb.

Hər iki faktla bağlı araşdırma aparılır.