11 avqust 2020 14:02
1013

Narkotik vasitələri satırdı, SAXLANILDI

Nəsimi Rayon Polis İdarəsinin Narkotiklərlə Mübarizə Bölməsinin əməkdaşları tərəfindən həyata keçirilən tədbir zamanı narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən əvvəllər məhkum olunmuş Rövşən Məmmədov saxlanılıb.

Daxili İşlər Nazirliyindən “İki sahil”ə daxil olan məlumata görə, onun əlindəki kağız torbaya baxış zamanı kibrit qutularının içərisində satış üçün qablaşdırılan ümumi çəkisi 15 qrama yaxın olan qudurulmuş marixuana aşkar olunub. Saxlanılan şəxs ifadəsində narkotik vasitələri şəxsiyyəti istintaqa məlum olmayan “Azər” adlı tanışından 700 manata aldığını bildirib.

Qeyd olunan faktla bağlı Nəsimi Rayon Polis İdarəsinin İstintaq Şöbəsində saxlanılan şəxs barəsində cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.