08 fevral 2019 19:49
289

Narkotiklərlə mübarizədə əlbir olmalıyıq

2018-ci il ərzində Azərbaycan Respublikasının qanunları, Azərbaycan Respublikası Prezidentinin fərman və sərəncamları, Nazirlər Kabinetinin qərarları, DİN-in Kollegiya qərarları, eləcə də əmr və göstərişləri rəhbər tutularaq respublika ərazisində narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə mübarizə sahəsində bir sıra təşkilati və əməli işlər görülmüşdür. Narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə mübarizənin real vəziyyətə uyğun qurulması, regional şöbələrin və ərazi polis orqanlarının aidiyyəti struktur qurumlarının işinin düzgün koordinasiyası və yerlərə idarəçilik təsirinin artırılması məqsədi ilə respublika ərazisində narkotiklə bağlı kriminogen vəziyyət mütəmadi olaraq təhlil edilmişdir.

Ötən il ərzində məhkəmə qərarları əsasında DİO-da saxlanılan ümumilikdə çəkisi 665 kq 581,875 qr müxtəlif növ narkotik vasitələrin, o cümlədən 448 kq 451,503 qr marixuananın, 11 kq 152,136 qr həşiş qətranının, 149 kq 798, 906 qr tiryəkin, 55 kq 943,076 qr heroinin, 236,254 qr və 234 ədəd psixotrop maddələrin, 6332 ədəd çətənə bitkilərinin Məhvetmə Komissiyasına təqdim edilməsi və məhv edilməsi təmin olunmuşdur.

Təhlil dövründə narkotik vasitələrdən, psixotrop maddələrdən sui-istifadə edən şəxslər arasında aparılan profilaktik tədbirlərin keyfiyyətinin və həmin tədbirləri icra edənlərin peşəkarlığının və professional səviyyəsinin artırılması da diqqət mərkəzində olan məsələlərdən olmuşdur.

Bu məqsədlə Baş İdarə əməkdaşları tərəfindən DİN-in “Xəzri” İstirahət və Sağlamlıq Mərkəzində respublika polis orqanlarının 115 cinayət - axtarış xidmətinin, 38 Baş Dövlət Yol Polisi İdarəsinin və onun ərazi qrumlarının əməkdaşlarına, 85 sahə rəislərinə, DİN-in Polis Akademiyasının virtual tədris mərkəzindən 152 nəfər ictimai təhlükəsizlik xidmətinin rəislərinə və polis sahə inspektorlarına, 350 yetkinlik yaşına çatmayanlarla iş üzrə inspektorlara, 86 təhqiqat, 40 təşkilati-inspeksiya xidmətinin əməkdaşlarına “Yetkinlik yaşına çatmayanların, gənclərin sağlam ruhda tərbiyə olunmasında, antinarkomaniya tədbirlərinin həyata keçirilməsində dövlətin rolu” və “Narkotik vasitələrdə və prsixotrop maddələrdən sui-istifadə edən şəxslər arasında profilakitik işin təşkili və aparılması” mövzuları üzrə seminar - məşğələlər keçirilmişdir.

Hesabat dövründə Səhiyyə Nazirliyinin Respublika Narkoloci Mərkəzi ilə qarşılıqlı əlaqə davam etdirilmişdir. Müəyyən edilmişdir ki, qeydiyyatda olan narkotik aludəçilərinin sayı 30 131 nəfər olmaqla 21 038 nəfəri opioid, 9 093 nəfəri isə kannabinoid qruplarına aid narkotik vasitələr qəbul edənlərdir. Ümumilikdə qeydiyyatda olan 30 131 nəfər narkotik alüdəçilərinin il ərzində narkotik vasitələrə olan tələbatları 3 ton 615,7 kq, o cümlədən opioid qrupuna aid olan 21 038 nəfərin tələbatı 2 ton 524,5 kq, 9 093 nəfər kannobinoid qrupuna aid olanların tələbatları isə 1 ton 091 kq təşkil etmişdir.

Aparılmış təhlil göstərir ki, qeydiyyatda olan 30 131 nəfər narkotik alüdəçilərinin (40,0 %-i) 12 061 nəfəri (illik tələbatları 1 ton 447,3 kq) Bakı şəhərində, (14,0 %-i) 4246 nəfəri (illik tələbatları 509,5 kq) respublikanın cənub bölgəsində yerləşən Biləsuvar, Jəlilabad, Masallı, Lənkəran, Astara, Yardımlı, Lerik rayonlarında, 45,8 %-i və ya 13 824 nəfəri isə (illik tələbatları 1 ton 658,8 kq) digər şəhər, rayonlarda qeydiyyatdadırlar.

Şəhər, rayon polis orqanları tərəfindən qarşılıqlı əlaqədə 147 birgə əməliyyat-axtarış və profilaktik tədbirlər həyata keçirilmiş və qanunsuz dövriyyədən 93,4 kiloqram müxtəlif növ narkotik vasitələr 34,277 qr Metamfetamin, 1 həb Preqabilin, 0,112 qr Metilendioksimetamfetamin, 225 ədəd Tramadol, 59 ədəd Rekanium, 465 ədəd Qaloperidol-Rixter, 30 ədəd Aminazin, 100 ədəd Relanium, 34 ədəd Kalium Permanqanat, 30 ədəd Diabeton həbləri) dərman preparatları və 356 kq 700 qr (2019 ədəd) çətənə bitkisi götürülmüşdür.

Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən 2018-ci il ərzində narkotiklərin qanunsuz dövriyyəsi ilə bağlı 111 cinayət faktı aşkar edilmişdir ki, onlardan 67-si narkotik vasitələrin qanunsuz satışı, 37-si satış məqsədi olmadan qanunsuz olaraq əldə edilib saxlanılması, 7-si narkotik xassəli bitkilərin qanunsuz kultivasiya edilməsi ilə bağlı olmuşdur.

Aşkar olunmuş faktlar üzrə məsuliyyətə cəlb edilmiş 107 nəfər şəxsdən çəkisi 42,2 kq müxtəlif növ narkotik vasitələr, o cümlədən 22,1 kq tiryək, 6,9 kq heroin, 11,8 kq marixuana, 1,3 qr həşiş narkotik vasitələri, 1,2 kq digərləri, 117,7 qr psixotrop maddə, 22,2 qr güclü təsir edən maddə və 117,5 kq çətənə bitkiləri aşkar olunaraq götürülmüş, yaş kütləsi 1 ton 820 kq olan yabanı halda bitmiş çətənə bitkiləri müəyyən edilərək məhv edilmişdir. Qanunsuz dövriyyədən çıxarılmış narkotik vasitələrin çəkisi ötən ilin müvafiq dövrü ilə müqayisədə 20 kq az olmuşdur.

Baş İdarə və onun regional şöbələri tərəfindən 241 cinayət faktı (111 fakt Baş İdarənin, 50 fakt JBRŞ-nın, 80 fakt QBRŞ-nın) aşkar edilmiş, cinayət məsuliyyətinə cəlb olunmuş 216 şəxsdən çəkisi 184,8 kq (BNMİ-42,2 kq, JBRŞ-60,8 kq, QBRŞ-81,7 kq) narkotik vasitələr (81,2 kq tiryək, 94,1 kq marixuana, 8 kq heroin, 2,7 qr həşiş, 1,2 kq qurudulmamış marixuana) və 118,8 qr psixotrop maddə, 22,2 qr güclü təsir edən maddə, yaş kütləsi 158,5 kq çətənə kolu) aşkar edilərək götürülmüş və yaş kütləsi 8 ton 690 qr olan 14 210 ədəd yabanı halda bitmiş çətənə kolu müəyyən edilərək məhv edilmişdir.Qanunsuz dövriyyədən götürülmüş narkotik vasitələrin çəkisi ötən ilin müvafiq dövrü ilə müqayisədə 17,2 kq azalmışdır.

2018-ci il ərzində daxili işlər orqanları tərəfindən narkotiklərin qanunsuz dövriyyəsi ilə əlaqədar 2965 (+238 və ya +8,7 %), o cümlədən satışı ilə bağlı 897 (+98 və ya +12,2%) fakt, narkotiklərin satış məqsədi olmadan əldə edilib saxlanılması ilə bağlı 1784 (+ 97 və ya + 5.7 %), narkotik xassəli bitkilərin qanunsuz kultivasiya olunması ilə 234 (+33 və ya +16,4%) fakt, digər cinayətlərlə bağlı isə 50 (+10 və ya +25%) fakt aşkarlanmışdır.

Faktlar üzrə qanunsuz dövriyyədən çəkisi 1 ton 136,3 kq (+191,7 qr) narkotik vasitə, o cümlədən 713,7 kq (+76,6 kq) marixuana, 195,9 kq (+16,2 kq) tiryək, 94 kq (+38 kq) heroin, 8,6 kq (+3 kq) həşiş narkotik vasitələri, 123,9 kq digərləri (+57,61 kq), 1,2 kq (+755,1 qr) psixotrop maddələr, 2,2 kq (-1,8 kq) güclü təsir edən maddə, 2,3 kq (-41 kq) zəhərli maddə, 4,6 ton (+2 ton 051 kq) narkotik tərkibli çətənə və 6,4 kq (+3,8 kq) xaş-xaş bitkiləri götürülmüşdür. Qanunsuz dövriyyədən çıxarılmış narkotik vasitələrin çəkisi ötən illə müqayisədə (ötən il 944,5 kq) +191,7 kq çox olmuşdur.

Ötən il ərzində polis orqanları tərəfindən ümumilikdə qanunsuz dövriyyədən götürülmüş çəkisi 1 ton 136,3 kq kiloqram müxtəlif növ narkotik vasitələrin 289,9 kiloqramı və ya 25,5 faizini (195,9 kq tiryək, 94 kq heroin) güclü təsirə malik narkotik vasitələr təşkil etmişdir. Aşkar edilmiş 289 kq güclü təsirə malik narkotik vasitələrin 89,3 kq-ı və ya 30,8 faizi (81,2 kq tiryək, 8,1 kq heroin) Baş İdarə və onun regional şöbələri tərəfindən götürülmüşdür.

Eyni zamanda 28/36 (+8) fakt və 142,3 kq və ya 20 kq çox narkotik vasitənin qaçaqmalçılıq yolu ilə ölkəyə gətirilməsinin qarşısı alınmış, 115 nəfərdən ibarət 45 cinayətkar qrup zərərsizləşdirilmişdir.

Narkotik xassəli bitkilərin qanunsuz əkilib-becərilməsi ilə bağlı 234 (+33) fakt aşkar edilmişdir. 16,28 sot sahədən çəkisi 4 ton 612,5 kq olan 10 140 ədəd çətənə və 1 fakt üzrə 0,4 sot sahədən çəkisi 6,8 kq olan 540 ədəd xaş-xaş bitkiləri aşkar edilərək götürülmüş və prosessual qərar qəbul edilməsi üçün istintaq orqanlarına verilmişdir. Bununla yanaşı 662 hektar 06 sot sahədən 303 641 ədəd yaş kütləsi 137 ton 556,4 kq olan çətənə və xaş-xaş narkotik xassəli bitkiləri müəyyən olunaraq məhv edilmişdir.

İnzibati Xətalar Məcəlləsinin 209-cu maddəsinə əsasən tərkibində narkotik maddələr olan yabanı bitkilərin məhv edilməsi üzrə tədbirlər görülməməsinə görə 142 protokol tərtib edilmiş, 52 şəxs (37 nəfər fiziki, 15 vəzifəli şəxs) 11550 manat miqdarında cərimə edilmiş 90 protokol üzrə müvafiq tədbirlər görülür.

Ümumilikdə aşkar olunmuş 2965 faktdan 977-si əvvəllər cinayət törətmiş şəxslər tərəfindən törədilmiş, faktlar üzrə qanunsuz dövriyyədən çəkisi 326,5 kq müxtəlif növ narkotik vasitələr götürülmüşdür. Jinayətlərin 120-si qrup şəklində törədilmiş, məsuliyyətə cəlb edilmiş şəxslərdən çəkisi 311 kq narkotik vasitə götürülmüşdür.

Avtomobil, dəmir yolu, hava və su nəqliyyatı ilə daşınan narkotiklərin aşkarlanması məqsədi ilə BDYPİ-nin ərazi qrumları ilə şəhər, rayon polis orqanları tərəfindən birgə keçirilmiş əməliyyat tədbirləri nəticəsində aşkar edilmiş 40 fakt üzrə qanunsuz dövriyyədən 28 kq-dan artıq narkotik (25 kq 30 qr tiryək, 3,2 kq marixuana, 363,082 qr heroin narkotik vasitələr, 0,161 qr metamfetamin və 9 ədəd çətənə kolu götürülmüşdür.

DİN-in NBPİ tərəfindən qanunsuz dövriyyədən 69 fakt üzrə qanunsuz dövriyyədən 21,8 kq-dan artıq narkotik (18 kq marixuana, 1,4 kq heroin, 38,5 qr tiryək, 6,2 qr həşiş narkotik vasitələr, 2,2 kq digərləri, 7,7 qr psixotrop maddə və 2,5 kq çətənə bitkiləri götürülmüşdür.

Hesabat dövründə keyfiyyətsiz, normativ-texniki sənədlərin tələblərinə cavab verməyən, mənşəyi məlum olmayan, yararlıq müddəti bitmiş, dövlət qeydiyyatından keçməyən, saxta dərman vasitələrinin istehsalı, satışı və idxalı ilə məşğul olan hüquqi və fiziki şəxslər əməliyyat nəzarətinə götürülməklə, onların ətrafında müvafiq tədbirlər keçirilmişdir.

Nəticədə polis orqanları tərəfindən qanunsuz dövriyyədən satışı xüsusi lisenziya tələb edən, dövriyyəsinə nəzarət olunan 501,866 qr “Metamfetamin”, 8412 ədəd “Tramadol” həbləri, 120,642 qr (2456 ədəd) “Metadon”, 0,112 qr Metilendioksimetamfetamin, 0,469 qr “5F-AKB”, 481,514 qr “Amfetamin”, 0,374 qr “Metomorfin”, 5,99 qr ekstazi “MDMA” həbləri, 56 ədəd “Klonozepam” həbləri, 442 ədəd “Preqabalin” həbləri, 0,8 qr (4flakon) Tropikamid, 8,274 qr və 36 ədəd “Kalium-permanqanat”, 0,181 qr CWH -210, 39 ədəd 1,44 qr “Mydrax” məhlulu, 15,58 qr (940 ədəd) “Tramadol”, 63 ədəd Lirika, 0,975 qr Spays, 0,0299 qr Ambunika, 0,5 qr Novorax, 59 ədəd Rekanium, 465 ədəd Qaloperidol-Rixter, 30 ədəd Aminazin psixotrop dərman pereparatları, həmçinin üzərilərində “Satıla bilməz” möhürü vurulmuş 250 ədəd “ÜİKLPDOL QRİNDEKS”, 450 ədəd “DİABETON MR 60 mq” həbləri və 9 ədəd 10 mq-lıq ampulalarda “XUMULİN NPX” dərman pereparatları və 3 kq 454 qr Jivə aşkar edilərək götürülmüşdür.

Bu növ cinayətlərə görə müəyyən olunmuş 2349 (-53) nəfərdən 0,2 %-ni (6-sı) azyaşlı, 7,1%-i (167-si) 18-25 yaş, 12,9 %-i (305-i) 26-29 yaş, 79,6 %-ni (1871-i) 30 yaş və ondan yuxarı, 1,1 %-ni (27-si) fəhlə, 0,3 %-ni (8-i) qulluqçu, (1-i) vəzifəli, 0,1 %-i (3-ü) kənd təsərrüfatı işçisi, (2-si) orta məktəb şagirdi,1,19 %-ni (28-i) qadınlar, 85,9 %-i (2020-si) işləməyənlər və oxumayan, 1,23 %-i (23-ü) xarici ölkə vətəndaşları, o cümlədən 5-i MDB vətəndaşları, 98,7 %-ni (2319-u) kişilər, 38,3 %-ni (902-si) əvvəllər cinayət törətmişlər, 0,5 %-ni (14-ü) əvvəllər xüsusi qeydiyyatda olmuşlar təşkil etmişdir.

Məsuliyyətə cəlb edilmiş 12 azyaşlı şəxslərdən 2-si Xəzər, 1-i Sabunçu, 1-i Yasamal, 1-i Sabirabad, 1-i Saatlı, 1-i İsmayıllı 1-i Mingəçevir, 1-i Xaçmaz, 2-si Quba, 1-i Bərdə şəhər, rayon sakinləri olmuşdur. Yasamal RPİ-də olan 1 nəfər barədə (JM-nin 234.1-ci maddəsi,c/i №180090184), Xəzər RPİ-də olan 2 nəfərdən 1-i barədə olan (c/i №180010055) xitam edilmişdir.

Narkotiklərlə bağlı hüquqpozmalara görə 259 şəxs inzibati məsuliyyətə cəlb edilmişdir. Onlardan 135-i həbs, 124-ü cərimə olunmuşdur. Narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə bağlı 16 (Rusiya Federasiyasının - 4, İİR-nın - 14, Gürcüstanın - 6, Türkiyənin -1, Türkmənistanın-1) xarici ölkə vətəndaşları tutulmuş, onlardan çəkisi 13,9 kq kiloqramdan artıq narkotik vasitələr, 0,248 qr psixotrop maddə və çəkisi 30,5 qr olan 21 ədəd çətənə bitkiləri götürülmüşdür.

Respublika ərazisində narkotiklərlə bağlı cinayətlərin aşkar edilməsi, həmin cinayətləri törədən şəxslərin və mütəşəkkil dəstələrin ifşa olunması və qanunsuz dövriyyədən külli miqdarda narkotik vasitələrin çıxarılması üçün ciddi dönüş yaradılması istiqamətində məqsədyönlü tədbirlər davam etdirilir.

Həzi Aslanov,

DİN BNMİ-nin rəisi, polis general-mayoru