05 mart 2020 21:53
2409

NASA Marsın ən panoramik görüntüsünü yaydı - VİDEO

ABŞ Milli Aeronavtika və Kosmos İdarəsi (NASA) Marsın yeni görüntülərini yayımlayıb.

“Curiosity” kosmik kəşfiyyat gəmisi “Qırmızı planet”də indiyədək ən detallı panoramik görüntünü çəkib.

Görüntü gəminin 24 noyabr-1 dekabr 2019-cu ildə çəkdiyi mindən çox görüntünün birləşdirilməsi nəticəsində əldə olunub və orada Marsın Şarp dağının Qlen Torridon bölgəsi yer alıb.

Qeyd edək ki, “Curiosity” 2012-ci ildə Marsın Qale kraterinə eniş edib. //Publika.az