04 dekabr 2019 12:16
183

Natiq Cəfərli Əli İnsanov haqda elə sözlər yazdı ki...

Dünən ilk dəfə Əli İnsanovu seçki müzakirələri zamanı gördüm (mövzu seçki olduğu üçün iştirak edirdim), çıxışını canlı dinlədim. Adam iqtisadi mövzulara da girdi və məlum oldu ki, dünyadan da, ölkədən də bixəbərdir, tezisləri içiboş, rəqəmləri səhv, çıxartdığı nəticələr gülüncdür.

Axar.az xəbər verir ki, bu sözləri ReAL-ın icra katibinin müavini Natiq Cəfərli dünən müxalifətin keçirdiyi seçki müzakirələri zamanı Əli İnsanovun çıxışı haqqında danışarkən deyib. O bildirib ki, Ə.İnsanovun yeganə amacı qisasdır:

“Başqa heç bir siyasi, iqtisadi vizionu yoxdur, ola da bilməz, çünki çox köhnədir, müasir təməl bilikləri yoxdur. Əli İnsanov elə bilir ki, hər çıxışında 10 dəfə “Avropa, ABŞ” desə, Qərb bunu dəstəkləyəcək, adam düşünür ki, problemlərin səbəblərinə toxunmadan nəticəsini söyləsə, ictimai dəstək qazanacaq.

O, həmçinin, çıxışında Norveçi misal çəkdi, örnək göstərdi, amma demədi ki, Norveç ona görə Norveç olub ki, tarixində oğru nazirlər, haqqı tapdalayan məmurlar olmayıb, Norveç ona görə Norveç olub ki, qonşuları İsveç, Danimarka və Finlandiyadır, daha Ermənistan, Rusiya və İran deyil.

Mən ümumiyyətlə, məmləkətin gələcəyinin dizayn olunmasında belə bir insanın iştirak etməsindən ürkürəm, bunu istəmirəm”.