24 fevral 2020 14:09
1444

Naxçıvan Ali Məclisinə sədr seçildi

Naxçıvan Muxtar Respublikası Ali Məclisi

Altıncı çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinin birinci sessiyası keçirilib.

“Report” xəbər verir ki, toplantıda təşkilati məsələlərə baxılıb. 

Sessiyanın gündəliyində Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin seçilməsi, Ali Məclis Sədrinin müavinlərinin seçilməsi, Ali Məclisinin komitə sədrlərinin, sədr müavinlərinin və üzvlərinin seçilməsi məsələlər olub.

Vasif Talıbov yenidən Naxçıvan Ali Məclisinin sədri seçilib.