24 noyabr 2020 18:02
720

Naxçıvan iqtisadiyyatı 1 %-ə yaxın böyüyüb

Bu ilin yanvar-oktyabr aylarında Naxçıvan MR-da 2,3 milyard manat dəyərində ümumi daxili məhsul (ÜDM) istehsal olunub.

"İki sahil" “Report”a istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrünə nisbətən 0,9 % çoxdur.

Son 1 ildə muxtar respublikada adambaşına düşən ÜDM-in dəyəri isə 1,9 % artaraq 4 972 manat olub.

10 aylıq ÜDM-in 0,9 milyard manatlıq hissəsi sənaye məhsulu olub. Bu isə illik müqayisədə 1,3 % çoxdur.