27 iyul 2020 17:11
338

Naxçıvan şəhərinin dezinfeksiya işləri davam etdirilir

Muxtar respublikada həyata keçirilən qabaqlayıcı tədbirlər, sanitar-profilaktik və dezinfeksiya işləri davam etdirilir. Əhalinin sağlamlığının qorunması sahəsində həyata keçirilən tədbirlərin davamı olaraq Naxçıvan şəhərinin Tumbul kəndində də tibbi-profilaktik və dezinfeksiya işləri görülüb.

AZƏRTAC-ın Naxçıvan bürosu xəbər verir ki, qabaqlayıcı tədbirlər çərçivəsində kənddaxili yollar, səkilər, kənd mərkəzi, insanların sıx toplaşdığı yerlər və ətraf ərazilər xüsusi məhlullarla dezinfeksiya edilib.

Qeyd edək ki, muxtar respublikada pandemiyaya qarşı qabaqlayıcı profilaktik tədbirlərə cəlb edilən Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyinin şəxsi heyəti dezinfeksiya işlərinin davam etdirərək ümumilikdə, 35 min kvadratmetr yol və səkiləri dezinfeksiya ediblər.