19 mart 2019 17:51
766

Naxçıvana investisiya qoyuluşu 27%-dən çox azalıb

Bu ilin yanvar-fevral aylarında Naxçıvan MR-da vəsait qoyuluşları çərçivəsində bütün maliyyə mənbələrindən əsas kapitala 73,18 mln manat vəsait yönəldilib.

“Report”un yerli Dövlət Statistika Komitəsinə istinadən verdiyi məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 27,773 mln. manat və yaxud 27,5% azdır.

Əsas kapitala yönəldilmiş vəsaitin 69,85 mln. manatı və yaxud 95,4%-itikinti-quraşdırma işlərinin payına düşüb.