19 mart 2020 14:11
558

Naxçıvanda əhalinin sayı 459 mini ötüb

Fevralın 1-nə muxtar respublika əhalisinin sayı 459 min 831 nəfər olub.

AZƏRTAC-ın Naxçıvan bürosu xəbər verir ki, əhalinin sayı bir il öncəyə nisbətdə 3 min 515 nəfər artıb.

Son illər muxtar respublikanın sosial-iqtisadi həyatında əldə olunmuş davamlı inkişaf, həyata keçirilən islahatların səmərəliliyi, tibbi xidmətin səviyyəsinin daim yüksəlməsi əhalinin yaşayış səviyyəsinin və güzəranının yaxşılaşdırılmasına, əhali artımına əlverişli şərait yaradıb.

Muxtar respublikada həm də insan amilinə verilən dəyər, sağlam ailə – sağlam cəmiyyətin formalaşdırılması istiqamətində aparılan uğurlu siyasət bundan sonra da əhalinin demoqrafik göstəricilərinin yüksəlməsinə müsbət təsir göstərəcək.