24 noyabr 2020 17:11
632

Naxçıvanda rabitə xidmətlərinin dəyəri 4,4% artıb

Bu ilin yanvar-oktyabr aylarında Naxçıvan Muxtar Respublikasında informasiya və rabitə xidmətlərinin dəyəri 2019-cu ilin müvafiq dövrü ilə müqayisədə 4,4% artaraq 47 323,0 min manat təşkil edib.

"İki sahil" xəbər verir ki, Naxçıvan Dövlət Statistika Komitəsindən verilən məlumata görə, hesabat dövründə ümumi xidmətlərin 79,4%-i mobil rabitənin payına düşüb. Bu ilin 10 ayında mobil rabitə xidmətlərinin dəyəri ötən ilin müvafiq dövrünün göstəricisini 1,5% üstələyərək 37 582,1 min manat təşkil edib.