08 iyul 2020 16:01
781

Naxçıvanın Xətai məhəlləsində yollar abadlaşdırılır

Naxçıvan şəhərinin Xətai məhəlləsindəki torpaq yollara asfalt örtük salınır. Yol kənarlarına bardürlər düzülür, səkilərə daş döşənir, eyni zamanda yeraltı xətlərlə evlərə yeni kommunikasiya xətləri çəkilir.

AZƏRTAC-ın Naxçıvan bürosu xəbər verir ki, asfaltlamadan əvvəl texnikalar vasitəsilə yol yatağının hamarlanması və bərkidilməsi işləri aparılır.

Ümumilikdə, ötən ay ərzində məhəllədaxili yolların 12 min 900 kvadratmetrlik hissəsində işlər başa çatdırılıb.