16 yanvar 2020 15:16
99

Nazir: "Ələt azad iqtisadi zonasının fəaliyyətinin təmin edilməsi üçün xüsusi tədbirlər görüləcək"

“2020-ci ildə Ələt limanının yaxınlığında yerləşən xüsusi iqtisadi zonanın fəaliyyətinin təmin edilməsi üçün xüsusi tədbirlər görüləcək.”

Bunu İqtisadiyyat naziri Mikayıl Cabbarov2019-cu ilin yekunlarına dair mətbuat konfransında deyib.

Onun sözlərinə görə, 2020-ci ilin dövlət investisiya proqramında bu məqsədlə infrastrukturun yaradılması, zəruri işlərin həyata keçirilməsi üçün vəsait nəzərdə tutulub.

"Zonanın idarəedicisi təyin edilib və hazırda ordadır. Ümumilikdə, bu il sənaye zonalarında olan bir sıra layihələrin başa çatdırılması nəzərdə tutulur. Bəzi layihələr fevral ayında yekunlaşacaq " – o bildirib.

“Report”