04 dekabr 2020 11:21
708

Nazir müavini: Can Azərbaycanın Zəfər Günü şəhidlərin əmanətidir

“Azərbaycan ərazilərinin işğaldan azad olunması üçün verdikləri fədakar mübarizədə şəhadətə qovuşan qəhrəmanlarımıza Allahdan rəhmət diləyirik”.

"İki sahil" “Report”a istinadən xəbər verir ki, bunu Türkiyə xarici işlər nazirinin müavini Yavuz Selim Kıran deyib.

“Can Azərbaycanın Zəfər Günü şəhidlərin əmanətidir. Şəhidlərimizi hörmət və ehtiramla yad edirik, qazilərimizə şükranlığımızı bildiririk”, - o vurğulayıb.