17 sentyabr 2019 17:57
790

Nazir: Ölkəmiz Şanxayda keçiriləcək sərgi və forumda təmsil olunacaq

Noyabrın əvvəlində Çinin Şanxay şəhərində İdxal sərgisi və Logistika Tranzit forumu keçiriləcək. Azərbaycan nümayəndə heyəti sərgi və forumda təmsil olunacaq.

AZƏRTAC xəbər verir ki, bu barədə İqtisadiyyat naziri Şahin Mustafayev sentyabrın 17-də jurnalistlərə müsahibəsində deyib.