09 fevral 2020 19:46
672

Nazir Vyanaya yola düşüb

Azərbaycan Respublikasının Xarici İşlər naziri Elmar Məmmədyarov Nüvə Təhlükəsizliyi üzrə Beynəlxalq Konfransda iştirak etmək məqsədilə Vyana şəhərinə yola düşüb.

Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən verilən məlumata görə, səfər çərçivəsində Elmar Məmmədyarovun beynəlxalq təşkilatların rəhbərləri və konfransda iştirak edən dövlətlərin Xarici İşlər nazirləri ilə ikitərəfli görüşlərinin keçirilməsi nəzərdə tutulub.