13 mart 2020 16:15
874

Nazirdən Ronaldo və ailəsinin durumuyla bağlı açıqlama

Kriştiano Ronaldo və onun ailə üzvlərində koronavirusun simptomları aşkarlanmayıb.

Qol.az-ın xarici KİV-lərə istinadən yaydığı xəbərə görə, bu barədə Portuqaliyanın Madeyra bölgəsinin səhiyyə naziri Pedru Ramoş bildirib.

Nazir deyib ki, futbolçu İtaliyanı bir neçə gün əvvəl tərk edərək insult keçirən anasına baş çəkmək üçün vətəninə qayıdıb. Portuqaliyada futbolçu və ailəsinin karantinə alındığını söyləyən Pedru Ramoş onlarda koronavirus aşkarlanmadığını söyləyib.