16 may 2019 11:55
214

Naziri və müavinləri vətəndaşları qəbul edəcəklər

İqtisadiyyat naziri Şahin Mustafayev 17 may 2019-cu il tarixində, saat 11:00-dan etibarən Tovuzda (ünvan: M.Əzizbəyov küçəsi, 1, Heydər Əliyev Mərkəzi) Şəmkir və Tovuz rayonlarından olan vətəndaşları qəbul edəcək.

Nazirlikdən "İki sahil"ə verilən məlumata görə, həmin gün - 17 may 2019-cu il tarixində, saat 11:00-dan etibarən İqtisadiyyat nazirinin müavini Niyazi Səfərov tərəfindən Ağstafada (ünvan: Hüseyn Arif küçəsi, 1, Heydər Əliyev Mərkəzi) Qazax və Ağstafa rayonlarından olan vətəndaşlar qəbul olunacaq.

Bildirilib ki, Gədəbəydəki Heydər Əliyev Mərkəzində isə (ünvan: Heydər Əliyev prospekti, 1) İqtisadiyyat nazirinin müavini Sahib Məmmədov saat 11:00-dan başlamaqla Gədəbəy rayonundan olan vətəndaşları qəbul edəcək.

Qəbula gəlmək istəyən vətəndaşlar qeydiyyat üçün İqtisadiyyat Nazirliyinin [email protected] elektron poçt ünvanı və 493-14-56, 310-28-00 (daxili 21-79) və (055) 245-00-28 nömrəli telefonlar (əlaqələndirici şəxs Elşən Abbaszadə), Nazirliyin 195-2 Çağrı Mərkəzi, həmçinin Nazirliyin Gəncə-Qazax regional bölməsi (Ünvan: Gəncə şəhəri, Heydər Əliyev Meydanı, İnzibati bina, əlaqələndirici şəxs Arzu Hacıyev, əlaqə telefonu: (022) 256 02 32, mobil (050) 395 91 97, elektron poçt ünvanı: [email protected]) vasitəsilə müraciət edə bilərlər.

Qeyd edilib ki, bununla yanaşı, vətəndaşlar Nazirliyin internet səhifəsində xüsusi olaraq yaradılmış "İqtisadiyyat nazirinin şəhər və rayonlarda keçirilən qəbulu üçün müraciət" bölməsi və facebook vasitəsilə də qəbula yazıla bilərlər.