15 avqust 2019 17:02
70

Nazirinin birinci müavini bu rayonların sakinlərini qəbul edəcək

Azərbaycan Respublikasının Daxili İşlər nazirinin birinci müavini, polis general-mayoru Seyfulla Əzimov 2019-cu il avqust ayının 24-də Bərdə Rayon Polis Şöbəsində Bərdə, Ağcabədi, Tərtər, Ağdam, Şuşa, Laçın, Beyləqan, Füzuli, Xocavənd, Goranboy, Xocalı, Naftalan şəhər və rayonlarının sakinlərini qəbul edəcəkdir.

DİN-dən “İki sahil”ə verilən məlumata görə, vətəndaşlar daxili işlər orqanları əməkdaşlarının fəaliyyətinə və Daxili İşlər Nazirliyinin səlahiyyətlərinə aid məsələlərlə bağlı müraciət etməklə qəbula yazıla bilərlər.

Qəbula gələnlər şəxsiyyət vəsiqəsini təqdim etməlidirlər.