13 avqust 2020 11:13
1217

Nazirlər Fəxri xiyabanı və Şəhidlər xiyabanını ziyarət ediblər - FOTO

Avqustun 13-də Azərbaycan Müdafiə naziri general-polkovnik Zakir Həsənov, Türkiyə Milli Müdafiə naziri Hulusi Akar, Azərbaycan Müdafiə nazirinin birinci müavini - Silahlı Qüvvələrin Baş Qərargah rəisi general-polkovnik Nəcməddin Sadıkov, Türkiyə Baş Qərargah rəisi ordu generalı Yaşar Güler və hər iki ölkənin müxtəlif qoşun növləri komandanları Fəxri xiyaban, Şəhidlər xiyabanı və Türk Şəhidliyini ziyarət edərək əklillər və gül dəstələri qoyublar.

“İki sahil” xəbər verir ki, bu barədə Azərbaycan Müdafiə Nazirliyi məlumat yayıb.