11 iyun 2019 17:40
254

Nazirlik bu şəxslər üçün mənzillərin alınmasına 7,2 milyon manat yönəldəcək

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Qarabağ müharibəsi əlilləri və şəhid ailələri üçün mənzillərin alınmasına 7 milyon 185,066 min manat yönəldəcək.

www.tender.gov.az saytında dərc olunmuş materiallara əsasən, nazirlik bu məqsədlə “Saray-H” MTK və fiziki şəxslər Misirxan Əliyev və Asif Əsədzadə ilə müqavilələr bağlayıb.

"Saray-H” MTK-nın hesabına 5 milyon  949,645 min manat, M.Əliyevin hesabına 605,550 min manat, A.Əsədzadənin hesabına isə 629,871 min manat köçürüləcək. (İnterfaks)