16 may 2019 10:05
99

Nazirlikdən tozsoranla bağlı xəbərdarlıq

2017-ci ildən Avropada motor gücü 900 Vattdan yuxarı olan tozsoranların satışına icazə verilmir və daha az enerji istifadə edən tozsoranlara üstünlük verilir. 

"İki sahil" xəbər verir ki, bu barədə Energetika Nazirliyinin yaydığı məlumatda bildirilib.

Məlumata görə, 2013-cü ildən Avropa İttifaqı tərəfindən tozsoranlar üçün enerji etiketinin tətbiqinə başlanıb.

"Etiketin üst hissəsi enerji məhsuldarlıq sinfini və orta hesabla enerji istehlakını, alt hissəsi isə tozsoranlar üçün satınalma qərarına əsas verən önəmli göstəriciləri əks etdirir. Enerjiyə qənaət üçün tozsoran seçimində enerji etiketinə mütləq diqqət edin!"-deyə, məlumatda vurğulanıb.