13 mart 2019 15:24
766

Nəcməddin Sadıkov Bolqarıstanın müdafiə naziri ilə görüşüb

Martın 13-də Bolqarıstanın paytaxtı Sofiyada Azərbaycan Respublikası müdafiə nazirinin birinci müavini - Silahlı Qüvvələrin Baş Qərargah rəisi, general-polkovnik Nəcməddin Sadıkov ilə Bolqarıstan Respublikası Baş nazirinin ictimai asayiş və təhlükəsizlik üzrə müavini – müdafiə naziri Krasimir Karakaçanov arasında görüş keçirilib.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən bildiriblər ki, tərəflər regional təhlükəsizlik problemləri, eləcə də maraq doğuran digər məsələlər barədə geniş fikir mübadiləsi aparıblar.

Görüşdə hərbi, hərbi-texniki sahələrdə əməkdaşlığın inkişafının vacibliyi qeyd edilib və onun genişləndirilməsi istiqamətləri müzakirə olunub.