01 iyul 2020 11:49
124

Neft Fondu iyundakı valyuta hərraclarında 373,2 milyon dollar satıb

Azərbaycan Respublikası Dövlət Neft Fondu (ARDNF) tərəfindən iyun ayı ərzində valyuta hərraclarında 373,2 milyon ABŞ dolları məbləğində vəsait satılıb. Bu barədə “İki sahil”ə ARDNF-in İctimaiyyətlə əlaqələr departamentindən bildirilib.