06 iyun 2020 21:36
1067

Neft hasilatının azaldılması ayın sonuna qədər uzadıldı

Neft hasilatında hazırkı azalma səviyyəsi daha bir ay davam edəcək. “İki sahil” Trend-ə istinadən xəbər verir ki, bu barədə "OPEC" ölkələrinin iclasının yekun kommünikesində bildirilib. Sənəddə deyilir: "2020-ci ilin may və iyun ayları üçün razılaşdırılmış hasilatın azaldılmasının birinci mərhələsinin daha bir ay, yəni 2020-ci ilin iyul ayının sonuna qədər uzadılmasına qərar verilir". "OPEC" hasilatı 100% azaltmayan ölkələrə iyul - sentyabr aylarında öhdəliklərini tam olaraq yerinə yetirmələrini tapşıracaq. Sənəd layihəsində deyilir ki, OPEC + Nazirlər Monitorinq Komitəsi bu ilin sonuna qədər ayda bir dəfə olmaqla toplanacaq.