02 iyun 2020 10:25
795

Neft və təbii qaz bahalaşıb

İCE London qitələrarası birjasında keçirilən ticarət əməliyyatlarının gedişində Brent neftinin ixracına dair 2020-ci ilin avqust müqaviləsinin dəyəri 1,17% artaraq 1 barrelə görə 38,77 dollar təşkil edib.

"İki sahil" xəbər verir ki, Nyu-Yorkun NYMEX əmtəə birjasında iyulda ixrac etməklə WTI markalı neftin 1 barrelinin dəyəri 1,02% artaraq 35,80 dollar təşkil edib.

Nyu-Yorkun NYMEX əmtəə birjasında təbii qaza olan fyuçers kotirovkalarının qiyməti də artıb. İyunda çatdırmaq şərti ilə təbii qaza olan fyuçerslərin qiyməti 1 mln. BTU-ya (British thermal unit – Britaniya istilik vahidi) görə 0,11% artaraq 1,782 ABŞ dolları təşkil edib.