25 fevral 2020 09:26
1313

Neft və təbii qaz yenidən bahalaşıb

İCE London qitələrarası birjasında keçirilən ticarət əməliyyatlarının gedişində Brent neftinin ixracına dair 2020-ci ilin aprel müqaviləsinin dəyəri 0,39% artaraq 1 barrelə görə 56,52 dollar təşkil edib.

"İki sahil" xəbər verir ki, Nyu-Yorkun NYMEX əmtəə birjasında apreldə ixrac etməklə WTI markalı neftin 1 barrelinin dəyəri 0,37% artaraq 51,62 dollar təşkil edib.

Nyu-Yorkun NYMEX əmtəə birjasında təbii qaza olan fyuçers kotirovkalarının da qiyməti artıb. Martda çatdırmaq şərti ilə təbii qaza olan 1,26% artaraq 1,85 ABŞ dolları təşkil edib.