18 mart 2020 09:31
628

Neft yenidən bahalaşıb 

ICE London qitələrarası birjasında keçirilən ticarət əməliyyatlarının gedişində Brent neftinin ixracına dair 2020-ci ilin may müqaviləsinin dəyəri 1,08% artaraq 1 barrelə görə 29,04 dollar təşkil edib.

"İki sahil" xəbər verir ki, məlumatına görə, Nyu-Yorkun NYMEX əmtəə birjasında apreldə ixrac etməklə WTI markalı neftin 1 barrelinin dəyəri 0,07% artaraq 26,97 dollar təşkil edib.