15 avqust 2019 14:09
78

Neftçalada bağlardan 696 ton meyvə tədarük edilib

Dövlətin aqrar sektorun inkişafı ilə bağlı məhsul istehsalçılarına göstərdiyi hərtərəfli dəstəkdən yararlanan neftçalalı bağbanlar ötən il rayonda mövcud olan 591,7 hektar bağdan 1849 ton meyvə tədarük ediblər. Bağbanlar cari ildə də meyvə sahələrindən bol məhsul götürmək üçün ağaclara nümunəvi qulluq göstərib, məhsuldarlığı aşağı olan ağaclar yeni tinglərlə əvəz edilib. Bunun nəticəsində də bağlarda məhsul çox olub.

Rayon Statistika İdarəsindən AZƏRTAC-ın bölgə müxbirinə bildiriblər ki, bağbanlar ilin 7 ayı ərzində ağaclardan 696 ton meyvə yığıblar. Tədarük olunan meyvənin 119,3 tonu alma, 57,8 tonu armud, 59 tonu ərik, 11 tonu albalı, 27,7 tonu şaftalı, 229 tonu gavalı, 166,5 tonu alça, 26,3 tonu isə gilas olub. Meyvə yığımı davam edir.