23 fevral 2019 20:04
581

"Neftçi" futbolçusu ilə müqavilə yenilədi

"Neftçi" müdafiəçisi Tural Axundovla yeni müqavilə imzalayıb.

"İki sahil" klubun saytına istinadən xəbər verir ki, 30 yaşlı futbolçunun bu mövsümün sonunda bitməli olan sözləşməsinin müddəti daha 1 il uzadılıb. O, 2019/2020 mövsümünün sonunadək "ağ-qaralar"ın formasını geyinəcək.

Qeyd edək ki, Axundov bu mövsüm 18 oyunda meydana çıxıb.