20 sentyabr 2020 22:11
868

"Neftçi" "Qarabağ"a qalib gəldi  Yenilənib

Bu gün Azərbaycan Premyer Liqasında 3-cü tura yekun vurulub.

“İki sahil” Qol.az-a istinadla xəbər verir ki, son oyun gününə nəzərdə tutulan iki görüşdən biri başa çatıb. "Zirə" öz meydanında "Sabah"ı qəbul edib. Görüş qonaqların qələbəsi ilə başa çatıb - 2:0. "Sabah" bu qələbə ilə xallarını altıya çatdıraraq liderliyə yüksəlib.

Turun mərkəzi oyunu isə Suraxanıda keçirilib. "Azərsun Arena"da son illərin çempionu "Qarabağ" əzəli rəqibi "Neftçi"ni qəbul edib.

20 sentyabr

20:15. “Qarabağ” – “Neftçi” - 1:2 
Qol: Ovusu Kvabena, 10 (1:0), Voislav Stankoviç, 12 (1:1), Namiq Ələsgərov, 68 (1:2)
Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Akif Əmirəli, Rauf Cabarov
“Azərsun Arena”

***

10-cu dəqiqədə Kvabena Ovusu ("Qarabağ") fərqlənməyi bacarır - 1:0. 

***

12-ci dəqiqədə Voyislav Stankoviç ("Neftçi") hesabı bərabərləşdirir - 1:1. 

***

68-сi dəqiqədə Namiq Ələsgərov ("Neftçi") fərqlənməyi bacardı -1:2.

***

Oyun "Neftçi"nin qələbəsi ilə başa çatıb.