16 may 2019 14:52
1053

"Neftçi" "Qarabağ"ı təbrik etdi - FOTO

"Neftçi" "2018/2019 mövsümü Azərbaycan Premyer Liqasının qalibi olması münasibətilə  "Qarabağ"ı  təbrik edib.

Qol.az-ın məlumatına görə, bununla bağlı Bakı klubunun prezidenti Kamran Quliyev Ağdam təmsilçisinin kollektivinə ünvanladığı məktubda bildirilib. Komandaya Çempionlar Liqasında uğurlar arzulanıb.

Qeyd edək ki, dünən "Qarabağ" "Neftçi"ni gümüş medal qazanması münasibəti ilə təbrik edib.