08 iyul 2020 16:32
1224

“Neftçi” Rəhman Hacıyevi icarəyə verdi

"Neftçi” PFK futbolçu Rəhman Hacıyevlə müqavilənin müddətini uzadıb.

”İki sahil” klubun rəsmi saytına istinadən xəbər verir ki, 26 yaşlı yarımmüdafiəçi ilə gələn mövsümün sonunda bitməli olan anlaşma daha 1 illiyə artırılıb. Rəhman Hacıyev gələn mövsümün sonunadək "Keşlə” klubuna icarəyə verilib.

Qeyd edək ki, Rəhman Hacıyev "Neftçi”də keçirdiyi 6 mövsüm ərzində 166 oyunda meydana çıxıb, 16 qola imza atıb.