18 iyul 2019 10:54
701

"Neftçi" "Sperantsa"ya qarşı

Bu gün Avropa Liqasında 1-ci təsnifat mərhələsinə yekun vurulacaq.

Qol.az xəbər verir ki, təmsilçilərimizdən “Neftçi” də cavab matçına çıxacaq. Roberto Bordinin komandası  Bakıda Moldovanın “Sperantsa” klubunu qəbul edəcək. Səfərdəki görüşdə 3 cavabsız qolla qalib gələn “ağ-qaralar” növbəti mərhələyə yüksəlmək üçün böyük üstünlük əldə edib.

Qeyd  edək ki, mərhələni adlayan tərəf Rusiya “Arsenal”ı (Tula) ilə qarşılaşacaq.

18 iyul

Avropa Liqası, 1-ci təsnifat mərhələsinin cavab oyunu

21:00 “Neftçi “(Azərbaycan) – “Sperantsa” (Moldova) 
İlk oyun – 3:0
Baş hakim: Yulian Vaynbeger (Avstriya)

Bakı. “Bakcell Arena”