19 iyul 2019 16:38
978

"Neftçi"dən Rusiya klubuna: "Samovarımızı özümüzlə gətirə bilərik?" - FOTO

UEFA Avropa Liqasının II təsnifat mərhələsində qarşılaşacaq “Neftçi” və Rusiyanın “Arsenal” klubları arasında yazışma olub.

“Report” xəbər verir ki, bakılılar “Twitter”də rəqibini salamlayaraq sual veriblər: “Samovarımızı özümüzlə gətirə bilərik?” Tula təmsilçisinin cavabı isə belə olub: “Samovarı götürün, pryaniklə biz təmin edərik”.

Qeyd edək ki, ilk oyun iyulun 25-də Tulada, cavab görüşü isə avqustun 1-də Bakıda olacaq.