18 iyul 2019 22:51
929

“Neftçi”dən tarixi nəticə - 6-0

Bu gün Avropa Liqasında 1-ci təsnifat mərhələsinə yekun vurulacaq.

"İki sahil" Qol.az-a istinadən xəbər verir ki, təmsilçilərimizdən “Neftçi” də cavab matçına çıxıb. Roberto Bordinin komandası  Bakıda Moldovanın “Sperantsa” klubunu qəbul edib. Səfərdəki görüşdə 3 cavabsız qolla qalib gələn “ağ-qaralar” doğma meydanda da böyük hesablı (6-0) qələbə qazanaraq növbəti mərhələyə yüksəlib.

Xatırladaq ki, komandamızın növbəti rəqibi Rusiya “Arsenal”ı (Tula) ilə qarşılaşacaq.

18 iyul

Avropa Liqası, 1-ci təsnifat mərhələsinin cavab oyunu

21:00 “Neftçi “(Azərbaycan) – “Sperantsa” (Moldova) - 6:0 
Qollar: V. Platellas, 18 (1:0), 40 (3:0), E. Mahmudov, 24-penalti (2:0), D. Federiko, 42 (4:0), Stiven Monroz, 68 (5:0), İsmayıl Zülfüqarlı, 76 (6:0)
İlk oyun – 3:0
Baş hakim: Yulian Vaynbeger (Avstriya)

Bakı. “Bakcell Arena”