08 avqust 2019 16:43
450

"Neftçi"nin "Bney Yehuda"la ilə oyunları "CBC Sport"da - FOTO

"Neftçi”nin UEFA Avropa Liqasının üçüncü təsnifat mərhələsi çərçivəsində İsrailin "Bney Yehuda” klubu ilə keçirəcəyi hər iki oyun canlı yayımlanacaq.

"İki sahil" kluba istinadən xəbər verir ki, azarkeşlər avqustun 8-i "Bakcell Arena”da, ayın 15-i isə Petak Tikva şəhərindəki "Ha Moşava” stadionunda baş tutacaq görüşləri "CBC Sport” vasitəsilə izləyə biləcəklər.

Qeyd edək ki, hər iki oyun Bakı vaxtı ilə saat 21:00-da start götürəcək.