15 avqust 2019 10:29
198

“Neftçi”nin braziliyalı futbolçusu: Oyuna yaxşı hazırlaşmışıq

Həftə ərzində oyuna yaxşı hazırlaşmışıq.

Bunu “Neftçi”nin futbolçusu Dario Frederiko İsraildə “Bney Yehuda” ilə keçirəcəkləri Avropa Liqasının III təsnifat mərhələsinin cavab matçından əvvəl mətbuat konfransında deyib. 28 yaşlı hücumçu artıq rəqibi yaxşı tanıdıqlarını bildirib: “Çalışacağıq ki, Azərbaycana yaxşı nəticə ilə qayıdaq”.

Qeyd edək ki, bu gün Petak Tikvadakı “Ha Moshava” stadionunda keçiriləcək “Bney Yehuda” – “Neftçi” matçı Bakı vaxtı ilə saat 21:00-da başlanacaq. Bakıdakı ilk görüş heç-heçə ilə nəticələnib - 2:2.