15 avqust 2019 11:23
216

"Neftçi"nin oyunu bu kanalda

"Neftçi"nin Avropa Liqasının 3-cü təsnifat mərhələsində bu gün "Bney Yehuda" ilə keçirəcəyi cavab oyunu canlı yayımlanacaq.

Qol.az xəbər verir ki, Petak Tikva şəhərindəki "Ha Moşava” stadionunda oynanılacaq görüş "CBC Sport” telekanalı vasitəsi ilə birbaşa nümayiş olunacaq.

Qeyd edək ki, görüş 21:00-da başlayacaq.