30 noyabr 2020 15:01
672

"Neftçi"nin sabiq prezidenti "Başakşehir"in oyununa təyinat aldı

"Neftçi" klubunun sabiq prezidenti Orxan Hüseynzadə UEFA-dan təyinat alıb.

“İki sahil” "report"-a istinadən xəbər verir ki,o, Çempionlar Liqasında qrup mərhələsinin "Başakşehir" (Türkiyə) - “Leyptsiq” (Almaniya) matçında UEFA nümayəndəsi olacaq.

Qeyd edək ki, dekabrın 2-də keçiriləcək qarşılaşma Bakı vaxtı ilə saat 21:55-də başlayacaq.